Telefon şifrəniz bu kodlardandırsa, dərhal dəyişdirin!

Telefon şifrəniz bu kodlardandırsa, dərhal dəyişdirin! Maraqlı

Araşdırmalar göstərir ki, ən çox istifadə edilən PIN kodlar “1234”, “1111” və “0000” kimi asan kombinasiyalardır.

News24.az-ın məlumatına görə, mütəxəssislər xəbərdarlıq edirlər ki, belə sadə şifrələr hakerlərin ilk yoxlamalarında sınaqdan keçirilir və cihazdakı şəxsi məlumatların oğurlanma riskini artırır.

Təhlükəsizliyi gücləndirmək üçün mütəxəssislər PIN kodunu 6–8 rəqəmli etməyi, doğum ili və sadə ardıcıllıqlardan (məsələn, 1234, 1111 və ya 0000) qaçmağı və təsadüfi rəqəmlər seçməyi tövsiyə edirlər.