Telefonun gec enerji yığmasının səbəbi - Hər kəs bu səhvi edir
Maraqlı
Smartfonun qoruyucu qabı enerji yığma prosesini ləngidə bilər.
News24.az xəbər verir ki, mütəxəssislərin apardığı sınaq göstərib ki, batareyanın enerji yığma sürəti təkcə telefondan və enerji adapterindən deyil, həm də qoruyucu qabdan asılıdır.
Belə ki, “iPhone 18 Pro” smartfonu simsiz enerji yığma vasitəsilə qoruyucu olmadan 44 dəqiqəyə, qoruyucu dəri qabla isə 62 dəqiqəyə enerji toplayıb.
Beləliklə, qoruyucudan istifadə enerji yığma müddətini təxminən 18 dəqiqə artırıb.
Məlumata görə, enerji yığma zamanı smartfonun batareyası qızır, qoruyucu qab isə artıq istiliyin xaric olunmasını çətinləşdirir. Cihazın həddindən artıq qızmasının qarşısını almaq üçün qoruyucu sistem enerji yığma gücünü azaldır və nəticədə proses ləngiyir.
Qeyd edək ki, sınaq simsiz enerji yığma ilə aparılıb. Buna görə də nəticələri bütün telefonlara və naqilli enerji yığma üsullarına şamil etmək olmaz.