"Telegram" 1 gündə yarım milyon kanalı blokladı
Maraqlı
“Telegram” ötən gün 500 mindən çox qrupu və kanalı bloklayıb, bu isə cari ilin fevral ayından bəri maksimum göstərici hesab olunur.
News24.az xəbər verir ki, bu barədə mesencerin rəsmi saytında yerləşdirilən hesabatda bildirilib.
Qeyd edilib ki, bu ilin noyabr ayının əvvəlindən etibarən mesencer ümumilikdə 2,81 milyon qrupu və kanalı bloklayıb. 2025-ci ilin əvvəlindən etibarən isə 34,913 milyon qrup və kanal bloklanıb, bunlardan 207,772 min terrorizm ilə əlaqəli olub.
““Telegram” hər gün on minlərlə qrupu, kanalı bloklayır və istifadə qaydalarını pozan, o cümlədən zorakılığa çağırışlar, uşaqlara qarşı zorakılıq səhnələri olan materialların yayımı və qanunsuz məhsulların ticarəti ilə bağlı milyonlarla məzmunu silir”, - deyə hesabatda qeyd edilib.