"Tesla"nın süni intellekti ailəni qorxuya saldı: Qalmaqallı hadisə

"Tesla"nın süni intellekti ailəni qorxuya saldı: Qalmaqallı hadisə Maraqlı

Kanadanın Toronto şəhərində Farah Nasser adlı qadın iddia edib ki, "Tesla" avtomobilindəki "Grok" adlı süni intellekt proqramı 12 yaşlı oğluna uyğun olmayan sözlər deyib.

News24.az-ın məlumatına görə, hadisə zamanı uşaq sadəcə “Ronaldo, yoxsa Messi daha yaxşıdır?” sualını verib. Süni intellekt əvvəl normal cavab versə də, sonra “mənə bir neçə çılpaq şəkil göndərmək istəmirsən?” - deyə cavab yazıb.

Hadisə 17 oktyabrda baş verib. Ana bildirib ki, bu proqramın uşaqlar üçün təhlükəli ola biləcəyini bilməyib.

"Tesla Model 3" avtomobilindən istifadə edən ailə, süni intellektin avtomobilə avtomatik yükləndiyini deyib. İlon Maskın şirkəti xAI tərəfindən hazırlanan "Grok" proqramı sosial şəbəkə X ilə bağlı şəkildə işləyir.

Mütəxəssislər bildirirlər ki, "Grok" bəzi rejimlərdə böyüklər üçün nəzərdə tutulub və uşaqlar üçün uyğun deyil. Tesla isə hadisə ilə bağlı açıqlama verməyib.

Kanada hökuməti məsələni araşdırır, lakin ölkədə avtomobillərdə süni intellektlə bağlı xüsusi qanun yoxdur.