Təyyarələr necə “radardan yoxa çıxır”, amma yenə də izlənilir?

Təyyarələr necə “radardan yoxa çıxır”, amma yenə də izlənilir? Maraqlı

Yüksək texnologiya dövründə bir təyyarənin radarlardan “yoxa çıxması” təəccüblü görünsə də, bu, əslində adi haldır.

News24.az Pravda.ru-ya istinadən xəbər verir ki,  yerüstü radarların məsafəsi təxminən 320 kilometrdir və yerin əyriliyi səbəbindən daha uzaqdakı təyyarələri əhatə edə bilmir. Bu da xüsusilə okean üzərində "kor zonalar" yaradır.

Lakin təyyarələr tam nəzarətsiz qalmır. Müasir peyk izləmə sistemləri, ADS-B siqnalları və radio rabitəsi onların yerini müəyyən etməyə imkan verir. Eyni zamanda, bort radarları toqquşmaların qarşısını alır, uzun məsafəli radio siqnalları isə əlaqəni qoruyur.


Xeyrənsə Piriyeva