TikTok Azərbaycanda 2025-ci ilin yekunlarını təqdim etdi - FOTO

TikTok Azərbaycanda 2025-ci ilin yekunlarını təqdim etdi - FOTO Maraqlı

Qısa videoların izlənməsi və yaradılması üzrə aparıcı platforma olan TikTok 2025-ci ilin yekunlarını açıqlayaraq, Azərbaycanda seçilən kreatorların və əsas təşəbbüslərin siyahısını təqdim edib.

News24.az xəbər verir ki, dünyada hər gün 1 milyarddan çox insan TikTok-a daxil olaraq ilham almaq və başqalarını ilhamlandırmaq, biliklərini bölüşmək, özünənəxsus məzmun yaratmaq və sadəcə olaraq özlərinin və digərlərinin əhval-ruhiyyəsini yüksəltmək üçün platformadan istifadə edir. TikTok-da 2025-ci il yeni kəşflər dövrü oldu: ilhamverici hekayələr, kiçik bizneslər və istifadəçilərin sevimlisinə çevrilmiş istedadlı kreatorlar, Azərbaycan mədəniyyətini yeni prizmadan təqdim edən və ölkənin tükənməz yaradıcılıq potensialını üzə çıxaran məzmunlar.

TikTok bir daha sübut etdi ki, o, təkcə istirahət məkanı deyil, eyni zamanda hər kəsin öz istedadını ortaya qoya və populyarlıq qazana bildiyi bir platformadır; burada kiçik bizneslər müştərilərini tapır, tematik və maarifləndirici təşəbbüslər həyata keçirilir, milli koloritə malik kontent isə tövsiyələrdə ön sıralara yüksəlir.

TikTok Azərbaycanda 2025-ci ilin yekunlarını təqdim etdi - FOTO TikTok Azərbaycanda 2025-ci ilin yekunlarını təqdim etdi - FOTO TikTok Azərbaycanda 2025-ci ilin yekunlarını təqdim etdi - FOTO TikTok Azərbaycanda 2025-ci ilin yekunlarını təqdim etdi - FOTO