Tramp onu əfv etdi

Tramp onu əfv etdi Maraqlı

ABŞ-də ənənəvi Şükran Günü mərasimi çərçivəsində Prezident Donald Tramp “Gobble” adlı hind quşunu rəsmi şəkildə bağışlayıb və onu bayram süfrəsi təamı olmaqdan xilas edib.

News24.az xəbər verir ki, “hind quşunun əfv edilməsi” ABŞ-də hər il təşkil olunan simvolik mərasimdir. Prezident bu ənənəvi tədbirdə bir, bəzən isə iki hind quşunu rəsmi şəkildə “bağışlayaraq” onların kəsilməsinin qarşısını alır.

Bu ənənənin mənşəyi XIX əsrə gedib çıxır. Həmin dövrdə fermerlər prezidentə hədiyyə olaraq hind quşları göndərirdilər. Ancaq mərasim yalnız 1989-cu ildə, prezident Corc Buş-ata dövründə rəsmi status alıb. Məhz o zaman ilk dəfə “pardon” (əfv) ifadəsi istifadə edilib.

ABŞ Milli Hind Quşu İstehsalçıları Federasiyası hər il bu tədbir üçün xüsusi olaraq quşlar təqdim edir. Mərasimdən sonra həmin hind quşları adətən fermalara, rançolara və ya universitetlərin aqrar mərkəzlərinə göndərilir.