Üçbucaq pendirin sirri: Savaş illərindən süfrələrə

Üçbucaq pendirin sirri: Savaş illərindən süfrələrə Maraqlı

Marketlərdə gördüyümüz alüminium folqaya bükülü üçbucaq pendirlər, əslində I Dünya Müharibəsi sonrası əsgərlər üçün hazırlanmış “savaş pendiri”dir. 1921-ci ildə İsveçrənin "The Bel Group" şirkəti  uzun müddət xarab olmayan, daşınması asan pendir istehsal etmək üçün bu formulu yaradıb.

News24.az xəbər verir ki, üçbucaq forma pendirin asan paylanılmasını, folqa örtük isə havadan qorunaraq uzun müddət təzə qalmasını təmin edirdi. Başlanğıcda yalnız əsgərlər üçün nəzərdə tutulan bu pendir 1950-ci illərdən etibarən reklam kampaniyaları sayəsində dünyada məşhurlaşdı və bu gün hələ də eyni prinsiplə istehsal olunur.