Ukraynalılar 2025-ci ildə "Google"da ən çox nəyi axtarıb?
Maraqlı
Ukraynada 2025-ci ildə “Google”da ən çox axtarışa verilən sorğu yenə də “İşıq kəsintisi qrafiki” olub.
News24.az xəbər verir ki, “Google”un açıqlamasına görə, ikinci yerdə “xolostyak 2025”, üçüncü yerdə isə “Squid Game 2” serialları qərarlaşıb.
“Bu nədir?” kateqoriyası üzrə ukraynalılar ən çox “ağ bilet”, “NABU” və “mobilizasiya göstərişi” sözlərini axtarıblar.
“Alış-veriş” kateqoriyasında mütləq lider “Labubu” olub. Bundan başqa, istifadəçilər pikaplar, qadınlar üçün hərbi forma və enerji doldurma stansiyaları barədə məlumat axtarıblar.
“Şəxslər” kateqoriyasında ilk yerə Aleksandr Usik çıxıb. Onun ardınca aktyor və yeni “Xolostyak” serialının qəhrəmanı Taras Tsımbalyuk, Ukraynanın Baş naziri Yuliya Sviridenko və ABŞ-nin birinci xanımı Melaniya Tramp gəlir.
Filmlər arasında ukraynalıların ən çox maraq göstərdiyi ekran işi fantastik döyüş filmi “The George” olub. “Nosferatu” və “Yaxşı pis qız” filmləri isə ikinci və üçüncü yerləri tutub.
“İtkilər” (həyatını itirənlər) kateqoriyasında ən çox axtarılan adlar bloger Anna Juk, siyasətçi Andrey Parubiy, aktyor Roman Popov və rokçu Ozzi Osborn olub.