Uşaqlar üçün alınan oyuncaqlardakı bu təhlükəyə diqqət edin!

Uşaqlar üçün alınan oyuncaqlardakı bu təhlükəyə diqqət edin! Maraqlı

Yeni il ərəfəsində uşaqlar üçün oyuncaqlar ən çox seçilən hədiyyələr sırasındadır. Lakin pediatrlar valideynləri oyuncaqların təhlükəsizliyinə xüsusi diqqət yetirməyə çağırır.

News24.az xəbər verir ki, mütəxəssislərin fikrincə, düzgün oyuncağın seçilməsi uşağın sağlamlığı, təhlükəsizliyi və inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Bildirilir ki, Yeni il alış-verişi zamanı oyuncağın yaşa uyğunluğu, tərkibi, kiçik hissələrin yaratdığı risklər, maqnit və batareya ilə işləyən məhsulların təhlükəsizliyi, eləcə də gigiyenik və kimyəvi amillər mütləq nəzərə alınmalıdır.

Pediatrlar bildirirlər ki, işlənmiş və ya ikinci əl oyuncaqlar da təhlükə yarada bilər. Belə məhsullarda təhlükəsizlik etiketlərinin olmaması və qırıq hissələrin mövcudluğu uşaqlar üçün xəsarət riskini artırır.