Üzümüzə gələn 5 ayda həyatı dəyişəcək 4 bürc
Maraqlı
Astroloji proqnozlara görə, qarşıdakı 5 ay bəzi bürclər üçün mühüm dəyişikliklərlə yadda qala bilər. Xüsusilə münasibətlər, karyera, maliyyə və şəxsi həyatla bağlı yeni imkanların ortaya çıxacağı bildirilir.
News24.az xəbər verir ki, 26 sentyabrda baş verən Qoç bürcündəki Dolunayın bəzi bürclər üçün yeni mərhələnin başlanğıcını simvolizə etdiyi qeyd olunur. Astroloq Amy Demure-un şərhinə əsasən, Qoç, Oğlaq, Tərəzi və Xərçəng bürclərinin həyatında yaxın aylarda ciddi dönüşlər yaşana bilər.
Qoç
Qoçlar üçün qarşıdakı dövr köhnə maneələrdən qurtulmaq və yeni istiqamət seçmək baxımından əhəmiyyətli ola bilər.
Xüsusilə sevgi, pul, uğur və sosial çevrə ilə bağlı diqqətçəkən dəyişikliklər gözlənilir. Bu bürcün nümayəndələri uzun müddətdir razılaşdıqları vəziyyətləri yenidən qiymətləndirə və əslində nə istədiklərini daha aydın şəkildə müəyyənləşdirə bilərlər.
Köhnə vərdişlərdən və təkrarlanan həyat dövrlərindən uzaqlaşmaq Qoçlar üçün yeni mərhələnin başlanğıcına çevrilə bilər.
Oğlaq
Oğlaqlar üçün dəyişikliklərin əsasən karyera və maliyyə sahəsində özünü göstərəcəyi bildirilir.
Uzun müddətdir əməyinin qarşılığını ala bilmədiyini düşünən Oğlaq nümayəndələri qarşıdakı dövrdə yeni imkanlarla qarşılaşa bilər. İş həyatında qarşıya çıxan bəzi maneələrin aradan qalxması və daha güclü mövqeyə yüksəlmək ehtimalı vurğulanır.
Yeni iş təklifləri, vəzifə artımı və maliyyə baxımından rahatlıq gətirə biləcək inkişaflar gündəmə gələ bilər. Uzun müddət gözlənilən uğur üçün yeni qapıların açılması mümkündür.
Tərəzi
Tərəzilər üçün qarşıdakı aylarda əsas dəyişiklik sevgi həyatında baş verə bilər.
2026-cı ilin əvvəlindən münasibətlərdə məyusluq, qeyri-müəyyənlik və emosional dalğalanmalar yaşayan Tərəzilər üçün yeni mərhələ başlaya bilər.
Astroloji şərhə görə, köhnə münasibət dövrlərini geridə qoyan Tərəzilər yeni münasibətə başlaya və ya mövcud münasibətlərində ciddi addım ata bilərlər. Uzun müddətdir cavabını gözlədikləri məsələlərdən biri də nəhayət aydınlaşa bilər.
Subay Tərəzilər üçün isə güclü emosional bağ yarada biləcəkləri yeni tanışlıq ehtimalı diqqət çəkir.
Xərçəng
Xərçənglər üçün qarşıdakı dövr keçmişlə bağlı məsələlərin yenidən nəzərdən keçirilməsi ilə başlaya bilər.
Xüsusilə sevgi həyatında yaşanan incikliklər, etimad problemləri və əvvəlki münasibətlərdən qalan emosional yük gündəmə gələ bilər. Lakin əsas məqsəd keçmişə qayıtmaq deyil, həmin təcrübələrin yaratdığı yükdən azad olmaq olacaq.
Bu proses başa çatdıqdan sonra Xərçənglərin münasibətlərdə daha rahat və sakit mərhələyə keçəcəyi bildirilir. Onları məyus edən münasibət modellərindən uzaqlaşaraq özlərinə daha yaxşı təsir edən insanlara yönəlmələri mümkündür.