Uzun yaşamağın sirri açıqlandı: Sadəcə bunları edin!
Maraqlı
Uzunömürlülük mövzusu son illərdə bütün dünyada böyük maraq doğurur.
News24.az xəbər verir ki, mövzuya dair kitablar və podkastlar rekordlar qırarkən, sağlam ömürdə qidalanmanın oynadığı əsas rol daha da ön plana çıxır.
"Dartmut Geisel" Tibb Məktəbinin tədqiqatçısı Susan B. Roberts “The New York Times”a bildirib ki, uzun yaşamaq təkcə genetika ilə bağlı deyil. Onun sözlərinə görə, həyat tərzi, fiziki aktivlik, yuxu rejimi, siqaret və spirt istehlakı kimi amillərlə yanaşı gündəlik qidalanma da həlledici rol oynayır.
Mütəxəssislər daha sağlam və uzun ömür üçün balanslı pəhriz saxlamağı, təbii və bitki mənşəli qidalara üstünlük verməyi, həmçinin işlənmiş məhsullardan uzaq durmağı tövsiyə edirlər.