Vanqadan 2026 proqnozu

Vanqadan 2026 proqnozu Maraqlı

Məşhur kahin Vanqaya istinad edilən 2026-cı ilə dair proqnozlar yenidən müzakirə mövzusuna çevrilib.

News24.az xəbər verir ki, iddialara əsasən, bəşəriyyət yadplanetli sivilizasiya ilə ilk təmasını məhz iri miqyaslı bir idman tədbiri zamanı – 2026 FIFA Dünya Çempionatı dövründə qura bilər. ABŞ, Kanada və Meksikada keçiriləcək mundial bu ehtimallarla əlaqələndirilir.

Vanqaya aid edilən digər proqnozlarda isə süni intellektin nəzarətdən çıxacağı, tibbdə süni orqanların istehsalının isə insan ömrünü 120 ilədək uzada biləcəyi bildirilir. Elm adamları isə bu iddiaların elmi əsasının olmadığını vurğulayırlar.