"WhatsApp" "iPhone" işlədənlərə bu tarixə qədər vaxt verdi - İşləməyəcək
Maraqlı
Köhnə “iPhone” istifadəçilərinə yeniləmə ayarlarını yoxlamaq tövsiyə edilib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, “WhatsApp” tərtibatçıları 30 noyabr 2026-cı ildən etibarən tətbiqin işləməsi üçün minimum iOS və iPadOS tələblərinin artırılacağını bildiriblər.
Həmin tarixdən sonra messencer yalnız iOS 15.5, iPadOS 15.5 və daha yeni versiyalar quraşdırılmış cihazlarda işləyəcək.
“Meta Platforms” bu qərarı köhnə cihazların artıq aktual yeniləmələri almaması və bəzi yeni WhatsApp funksiyalarının həmin cihazlarda dəstəklənməsinin çətinləşməsi ilə izah edib.
Məlumata görə, iOS 15.1-i dəstəkləyən bütün cihazlar iOS 15.5-ə qədər yenilənə bilir. Buna görə də əksər istifadəçilər üçün son əlçatan yeniləmələri quraşdırmaq kifayət edəcək.
Bu xəbərdarlıq “iPhone 6s”, “iPhone 6s Plus”, birinci nəsil “iPhone SE”, “iPhone 7” və “iPhone 7 Plus” “iPad Air 2” və “iPad mini 4” istifadəçilərinə də aiddir.
Bu cihazlar üçün son əlçatan versiyalar iOS 15.8.8 və iPadOS 15.8.8-dir.
Əgər bu versiyalara yeniləmə aparılarsa, “WhatsApp” 30 noyabr 2026-cı ildən sonra da işləməyə davam edəcək.