Xeopsun məzarını tapmaq üçün bu üsula əl atacaqlar

Xeopsun məzarını tapmaq üçün bu üsula əl atacaqlar Maraqlı

Yeni texnologiyalar Xeops fironunun məzarının yerini müəyyən etməyə kömək edəcək

News24.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Misirin Qədim Abidələr üzrə Ali Şurasının baş katibi, arxeoloq Məhəmməd İsmayıl Xaləd məlumat verib.

“Hazırda heç kim dəqiq bilmir ki, Xeopsun məzarı haradadır. Bunu demək çətindir. Məzarı hələ də eyni adlı piramidanın daxilində olması tam dəqiqliklə təsdiqlənməyib. Yeni texnologiyalar bizə bu məzarın orada olub-olmadığını müəyyənləşdirmək imkanı verə bilər”, – deyə arxeoloq bildirib.

Qeyd olunub ki, Xeops fironunun piramidası Qahirə yaxınlığındakı Giza platosunda tikilmiş üç Böyük Piramidadan ən böyüyü və ən qədimidir. Piramidanın ilkin hündürlüyü 147 metr olub.

Bununla belə, bu günə qədər Xeopsun mumiyası tapılmayıb. Arxeoloqlar arasında onun məzarının piramidanın dərinliklərində gizləndiyi barədə fikir geniş yayılıb.

Qədim dünyanın yeddi möcüzəsindən bu günə qədər yalnız Xeops Piramidası qorunub saxlanılıb. Ehtimallara görə, o, e.ə. 2500-cü illərdə inşa edilib. Arxeoloqların hesablamalarına əsasən, tikinti işləri 20 ildən çox davam edib.