Xərçəngdən ölüm riskini azaltmağın yolları açıqlandı
Maraqlı
Beş sadə sağlam həyat tərzi qaydasına riayət etmək xərçəng diaqnozundan sonra belə ölüm riskini azalda bilər.
News24.az xəbər verir ki, bu, Nyukasl Universitetinin alimlərinin gəldiyi nəticədir. Tədqiqatın nəticələri " Cancer" jurnalında dərc edilib.
Tədqiqatçılar sonradan xərçəng diaqnozu qoyulmuş 28.550 nəfərin məlumatlarını təhlil ediblər. Belə ki, beş amil nəzərə alınıb: Sağlam çəki saxlamaq, müntəzəm fiziki fəaliyyət, tərəvəz, meyvə və tam taxıllarla zəngin pəhriz, qırmızı və emal olunmuş ətin məhdudlaşdırılması və orta dərəcədə spirtli içki istehlakı.