Xəstəlik vərəqəsi alıb gəzintiyə çıxdı, işindən oldu

Xəstəlik vərəqəsi alıb gəzintiyə çıxdı, işindən oldu Maraqlı

Çində qeyri-adi bir hadisə yaşanıb. Şirkətlərin birinin işçisi xəstəlik səbəbilə məzuniyyətdə olduğu halda çox gəzdiyinə görə işdən azad edilib.

News24.az xəbər verir ki, hadisə Ciansu əyalətində baş verib.

Çen adlı kişi bel və ayaq ağrısı səbəbindən iki dəfə xəstəlik vərəqəsi alaraq məzuniyyət götürüb, lakin rəhbərlik onun mobil tətbiqdə 16 min addım atdığını gördükdən sonra işçinin özünü yalandan xəstəliyə vurduğunu düşünərək onu işdən çıxarıb.

Şirkət həmçinin həmin gün işçinin ofisə qaçaraq gəldiyini əks etdirən video görüntüləri də dəlil kimi təqdim edib.

Çen məsələni əmək mübahisələri komissiyasına çıxarıb. Komissiya onun qanunsuz şəkildə işdən azad edildiyini bəyan edib. Məhkəmə də bu qərarı qüvvədə saxlayaraq şirkəti işçiyə kompensasiya ödəməyə məcbur edib.