"Xiaomi" qiymətləri artırdı - Ucuz telefon dövrü bitdi - Səbəb
Maraqlı
“Xiaomi” korporasiyasının prezidenti Lu Veybinq brendin smartfonlarının qiymətlərindəki artımdan danışıb və bu vəziyyətin səbəblərini izah edib.
News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“İqtisadi təzyiq yeni məhsullarımızın qiymətlərinə də təsir göstərib,", – deyə Veybinq sosial şəbəkə platfotmalarında yazıb.
Onun sözlərinə görə, bütün yeni “Xiaomi” smartfonları əvvəlki modellərlə müqayisədə bahalaşıb, çünki telefonlar və digər qurğular üçün əsas komponentlərdən biri olan yaddaş modullarının qiyməti əhəmiyyətli dərəcədə yüksəlib.
Yaddaş modullarının qiymət artımına səbəb olan amillərdən biri də süni intellekt (AI) texnologiyalarına olan tələbatın artması ilə əlaqələndirilib.