Şəxsi məlumatlarınız internetə sıza bilər - Xəbərdarlıq

Şəxsi məlumatlarınız internetə sıza bilər - Xəbərdarlıq Maraqlı

Veb brauzerlərin istifadəçi məlumatlarının qorunması və məxfilik səviyyəsinə görə qiymətləndirildiyi araşdırma aparılıb.

News24.az “Neowin”ə istinadən xəbər verir ki, “Digitain” şirkətinin apardığı araşdırmaya həm klassik brauzerlər, həm də süni intellekt əsasında yaradılmış yeni məhsullar daxil edilib.

Ümumi göstəricilərə görə ən zəif brauzer “OpenAI” və “ChatGPT Atlas” brauzeri olub.

O, bağlantının qorunması və trekerlərin bloklanması da daxil olmaqla əsas testlərdən keçə bilməyib. Brauzer mümkün olan 100 baldan 99 risk balı alıb.

İkinci yerdə 76 balla “Google Chrome” qərarlaşıb.

“Vivaldi” brauzeri də “Google Chrome”la də eyni nəticəni göstərib.

“Microsoft Edge”-də vəziyyət bir qədər yaxşıdır. Brauzer test zamanı 63 ballıq nəticə göstərib.

Ən az təhlükəsiz beşliyi isə 58 balla “Opera” tamamlayıb.

Məlumatların qorunması baxımından daha yüksək səviyyə “Ungoogled” (55 bal), “Mozilla Firefox” (50), “Apple Safari” (49), “DuckDuckGo” (44) və “Tor” (40) brauzerlərinə məxsusdur.

Araşdırmanın nəticələrinə görə ən təhlükəsiz brauzerlər “Brave” və “Mullvad Browser” hesab edilib.

“Mullvad Browser” açıq mənbə kodlu brauzer kimi təqdim olunur və maksimum məxfilik, eləcə də istifadəçi trekinqinin minimuma endirilməsinə yönəlib.