Yaşamaq üçün ən ideal ölkə - Bu sizi çox təccübləndirəcək

Yaşamaq üçün ən ideal ölkə - Bu sizi çox təccübləndirəcək Maraqlı

Avropada həyat keyfiyyəti reytinqlərində adətən İsveçrə, Hollandiya və Portuqaliya öndə göstərilsə də, yeni qiymətləndirmədə fərqli bir ölkə birinciliyi əldə edib.

News24.az xəbər verir ki, Avropanın mərkəzində yerləşən Sloveniya təhlükəsizlik, təmizlik, təbiət, sosial xidmətlər və gündəlik həyat məmnunluğu göstəriciləri ilə digər ölkələri qabaqlayaraq yaşamaq üçün ən ideal ölkə seçilib.

Sloveniya xüsusilə aşağı cinayət səviyyəsi ilə diqqət çəkib. Paytaxt Lyublyana təmizliyi və ekoloji vəziyyəti ilə beynəlxalq mükafatlar qazanıb. Ölkə ərazisinin 60%-dən çoxunun meşələrlə örtülməsi isə onu həm dinc, həm də sağlam mühitə çevirib.

Şəhərlərdə nəqliyyat sıxlığı azdır, ictimai nəqliyyat rahat və ekoloji uyğundur. Yaşayış xərcləri isə Qərbi Avropa ölkələrinə nisbətən sərfəli olduğundan, həm yerli, həm də xarici sakinlər üçün cazibədardır.