Yatış forması insanın xarakterini göstərir

Yatış forması insanın xarakterini göstərir Maraqlı

Elm adamlarının fikrincə, insanın yuxu zamanı seçdiyi yatış pozası onun xarakteri və özünə inam səviyyəsi barədə mühüm məlumat verir.

News24.az xəbər verir ki, mütəxəssis Samuel Dankell yatış formasının insanın həyat tərzi və emosional vəziyyəti ilə birbaşa əlaqəli olduğunu qeyd edib.

Belə ki, arxası üstə yatanlar adətən özünə güvənən, məqsədyönlü və planlı şəxslər sayılırlar. Onlar diqqət mərkəzində olmağı sevir, fikirlərini açıq ifadə edir və tənqidlərə qarşı möhkəm dayanırlar.

Üzüüstə yatanlar isə emosional baxımdan daha həssas, eyni zamanda cəsarətli və enerjili insanlardırlar. Onlar bəzən tələsik qərarlar versələr də, mübariz xarakterləri sayəsində məqsədlərindən elə də asan dönmürlər.