Yayın daha bir dəbli rəngi bəlli oldu
Maraqlı
Açıq mavi-yaşıl 2026-cı ilin yayı üçün daha bir əsas rəng seçilib.
News24.az xəbər verir ki, bu, "Who What Wear" jurnalının rəyçilərinin gəldiyi nəticədir.
Moda redaktorları bu çalardakı əşyaların məşhur brendlərin kolleksiyalarında getdikcə daha çox göründüyünü müşahidə ediblər. Bundan əlavə, Zara Larsson , Amelia Dimoldenberg və digər nüfuzlu şəxslər də daxil olmaqla məşhurlar və bloqçular tez-tez açıq mavi-yaşıl (Akvamarin) geyimlərlə şəkillərini paylaşırlar.
Oxuculara xüsusilə akvamarin rəngli don və ayaqqabılara diqqət yetirmələri tövsiyə olunurdu. Yuxarıda qeyd olunan rəngdə çimərlik geyimləri və alt paltarları da trenddədir.