Yeməyə alkoqol qatmaq bu şəxslər üçün təhlükəlidir
Maraqlı
Alkoqol yemək reseptinə “özəllik” kimi daxil olduqda, kontekst ciddi şəkildə dəyişir.
News24.az xəbər verir ki, bu sözləri rusiyalı psixiatr-narkoloq Marina Kalyujnaya deyib.
“Ailə süfrəsində məsələn, şampanla hazırlanan "okroşka", yaxud bu cür spirt tərkibli içəcək qarışdırılan yeməklərin qoyulması normal hal kimi təqdim edilməməlidir", - deyə o bildirib.
Onun sözlərinə görə, insanların əksəriyyəti burda narahatlıq doğuran heç nə görmür. Lakin elələri var ki, onlar üçün bu, xırda məsələ deyil.
Həkim bildirib ki, alkoqol asılılığından əziyyət çəkən pasiyentlər və onların yaxınlarının xarakterik bir ifadəsi var: “Biz içmirdik, sadəcə, yemək hazırlayırıq. Axı bu, stəkanda deyil, yeməyin içindədir”.
Həkim xəbərdarlıq edib ki, bişirmə zamanı alkoqol buxarlansa belə, onun yeməyə əlavə edilməsi asılılıqla mübarizə aparan insanlar üçün təhlükəlidir. Alkoqol qarışdırılan qida yemək deyil, alkoqol qəbul etmək üçün bəhanədir.
“Sağlam insan üçün bu, həqiqətən də xırda məsələdir. Amma ailəsində alkoqol asılılığı olan biri varsa, belə reseptlər təhlükəli boşluqdur” — deyə psixiatr-narkoloq vurğulayıb.