Yeni diş çıxaran preparat hazırlandı

Yeni diş çıxaran preparat hazırlandı Maraqlı

Yaponiyalı alimlər insanlarda yeni dişlərin yetişdirilməsi üçün hazırlanmış preparatın klinik sınaqlarını aparırlar.

News24.az xəbər verir ki, TRG-035 adlı preparatın ilk mərhələ sınaqları uğurla başa çatıb və ciddi yan təsirlər qeydə alınmayıb.

Preparat çənədə qalan "yatmış" diş rüşeymlərini aktivləşdirərək üçüncü nəsil dişlərin inkişafını stimullaşdırır.

Heyvanlar üzərində aparılan təcrübələrdə yeni dişlərin uğurla çıxdığı bildirilib.

Növbəti mərhələdə dərman anadangəlmə diş çatışmazlığı olan 2–7 yaşlı uşaqlarda sınaqdan keçiriləcək.

Tədqiqatçılar preparatı 2030-cu ilədək bazara çıxarmağı planlaşdırırlar.

Gələcəkdə onun travma, kariyes və digər səbəblərdən dişlərini itirmiş insanlara da kömək edə biləcəyi gözlənilir.

Bununla belə, alimlər qeyd edirlər ki, preparatın insanlarda tam funksional yeni diş yetişdirmə qabiliyyəti hələ elmi cəhətdən tam sübut olunmayıb və əlavə klinik araşdırmalara ehtiyac var.