Yeni il gecəsi bolluq gətirdiyinə inanılan az bilinən adətlər

Yeni il gecəsi bolluq gətirdiyinə inanılan az bilinən adətlər Maraqlı

Yeni il gecəsi ilə bağlı müxtəlif inanclar mövcuddur.

News24.az xəbər verir ki, məşhur masa altında üzüm yemək adətindən başqa, yeni ildə bolluq və ruzi gətirdiyinə inanılan az tanınan ənənələr də var.

İnanclara görə, Yeni il gecəsi pulqabıda pul saxlamaq il boyu maddi sıxıntıların qarşısını alır. İlin ilk dəqiqələrində nar partlatmaq bolluq və məhsuldarlığın rəmzi sayılır. Yeni ildən əvvəl evin təmizlənməsi köhnə ilin mənfi enerjisindən qurtulmaq kimi qiymətləndirilir.

Bundan başqa, mərcimək, noxud, lobya kimi paxlalıların və portağal, mandarin kimi sitrus meyvələrinin evdə saxlanması yeni ildə süfrələrin bərəkətli olacağına işarə hesab olunur.

Qeyd edək ki, bu adətlər xalq inanclarına əsaslansa da, bir çox insan tərəfindən Yeni ilə ümid və pozitivliklə başlamağın simvolu kimi icra edilir.