Yeni "iPhone"nun qiyməti bəlli oldu
Maraqlı
“Apple” ilin sonunadək təxminən 10 milyon ədəd qatlanan “iPhone Ultra” istehsal etməyi planlaşdırır.
News24.az xəbər verir ki, şirkət ilk qatlanan smartfonunun satış perspektivlərini yüksək qiymətləndirir və tədarükçülərə 10 milyon cihaz sifariş verib.
“iPhone Ultra”nın başlanğıc qiymətinin təxminən 2500 dollar, ən yüksək yaddaş tutumlu versiyasının isə 3000 dollar olacağı gözlənilir.