Yeni "iPhone"lar bu tarixdə təqdim ediləcək

Yeni "iPhone"lar bu tarixdə təqdim ediləcək Maraqlı

“Apple” şirkəti 2027-ci ilin payızında dörd smartfon təqdim edəcək.

News24.az xəbər verir ki, “iPhone 18”in baza modeli “iPhone 17”dən demək olar ki, fərqlənməyəcək.

Lakin “Apple” onun təqdimatını 2027-ci ilin əvvəlinə qədər təxirə salacaq. Sentyabrda isə şirkət dörd telefon təqdim edəcək. Bunlar “iPhone 18 Pro” və “18 Pro Max”, ilk qatlanan cihaz və “Air” modelinin yenilənmiş versiyasıdır.

Tim Kukun rəhbərlik etdiyi şirkət “iPhone Air”in ikinci nəslini təqdim etmək fikrindən imtina etməyib, baxmayaraq ki, bununla bağlı şayiələr mövcuddur.

“iPhone Air 2"nin buraxılması “Apple”a ilin ikinci yarısında ənənəvi olaraq dörd smartfon təqdim etməyə imkan verəcək.

Qeyd edilib ki, yeni telefonların qiyməti əvvəlkilərdən daha yüksək qiymətlərlə satışa çıxarılacaq. Buna səbəb isə ucuz “iPhone 18” modelinin buraxılışının təxirə salınmasıdır. / Fixed Focus Digital