Yeni telefon almaq istəyənlərin nəzərinə - 5 ən güclü model açıqlandı
Maraqlı
Avqust ayında təqdim olunması gözlənilən 5 smartfon açıqlanıb.
News24.az xəbər verir ki, siyahıya “Google Pixel 11” seriyası başçılıq edir.
Avqustun 12-də təqdim olunacaq modellərin yeni “Tensor G6” prosessoru, minimum 256 GB yaddaş, təkmilləşdirilmiş kameralar və “Gemini” süni intellekt funksiyaları ilə təchiz ediləcəyi gözlənilir.
İkinci yerdə “iQOO Z11”, üçüncü yerdə isə “Vivo V80” qərarlaşıb.
Hər iki model güclü prosessor, yüksək yenilənmə tezliyinə malik AMOLED ekran və böyük tutumlu batareya ilə diqqət çəkir.
Dördüncü sırada isə avqustun 4-də təqdim olunacaq “Poco M8 Power 5G” yer alıb. Smartfonun 8000 mah gücündə batareya, 120 Hz AMOLED ekran və 50 MP əsas kamera ilə gələcəyi bildirilir.
Beşliyi yeddi ildən sonra yenidən bazara qayıdan “Vivo S” seriyasının ilk modeli - “Vivo S2” tamamlayır.
Sızdırılan məlumata görə, smartfon 6,59 düymlük AMOLED ekran, “MediaTek Dimensity 7360” prosessoru, 80 vatt sürətli enerji yığımını dəstəkləyən 7000 mah gücündə batareya, 50 meqapiksellik əsas və 32 meqapiksellik ön kamera ilə təchiz ediləcək.