Yeni zirehli dinozavr növü tapılıb

Yeni zirehli dinozavr növü tapılıb Maraqlı

Kanadada yeni zirehli dinozavr növü tapılıb.Gənc tədqiqatçılar Mark Turner və Daniel Helmin 2000-ci ildə ərazidə ilk dinozavr ayaq izlərini tapmasından sonra məşhurlaşan Tumbler Ridge ətrafında tapıldı. 

News24.az xəbər verir ki,yeni ayaq izlərinin əksəriyyəti Tumbler Ridge UNESCO Qlobal Geoparkında yerləşir, biri isə Albertanın qərbində aşkar edilmişdir.

İzlər Təbaşir dövrünə aid Dunveqan və Kaskapau formasiyalarının qeyri-dəniz çöküntülərində qorunub saxlanılır. O dövrdə indiki dağlıq bölgə kanallarla dolu delta düzənliyi idi. Bu, palçıqlı ərazidə qalan dinozavr izlərinin qorunması üçün əlverişli mühit yaratdı.

Araşdırmada iştirak edən paleontoloq Viktoriya Arbour izlərin Ruopodosaurus clava adlandırdıqları yeni növə aid olduğunu bildirib. Rəqəmsal fotoqrammetriya üsulu ilə araşdırılan izlərdə arxa ayaq (pes) izlərinin küt uclara malik olduğu və üçbucaqlı və ya U şəkilli, ön ayaq (manus) izlərinin isə beş barmaqlı və aypara şəkilli olduğu müəyyən edilmişdir.

Səma