Yerə bənzər 3 planet aşkar edildi
Maraqlı
Alimlər Yerə bənzər üç planeti qeyri-adi TOI-2267 adlı ikiulduzlu sistemdə aşkar ediblər.
News24.az xəbər verir ki, bu barədə “Astronomy & Astrophysics” nəşri məlumat yayıb. Bu sistem Yer kürəsindən təxminən 190 işıq ili uzaqlıqda yerləşir. Hər üç planet ölçülərinə görə Yerə yaxındır, lakin ən maraqlısı onların iki ulduzun ətrafında eyni anda fırlanmasıdır.
Araşdırma Belçikanın “Liege Universiteti”nin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu tərəfindən aparılıb. TOI-2267 sistemindəki iki ulduz bir-birinə çox yaxın yerləşir və güclü cazibə sahəsi yaradır. Bu isə əvvəlki elmi anlayışlara görə planetlərin yaranmasına mane olmalı idi. Planetlərdən ikisi bir ulduzun, üçüncüsü isə onun tayı olan digər ulduzun ətrafında fırlanır. Bu, planetlərin iki ulduzun hər birinin ətrafında ayrıca dövr etdiyi ilk məlum sistem hesab olunur.
TOI-2267 həm də bu günə qədər məlum olan ən soyuq və ən sıx ikiulduzlu sistem kimi qeyd olunur.
Bu kəşf klassik planet yaranması nəzəriyyələrini sual altına alır və planetlərin hətta mürəkkəb cazibə şəraitində də formalaşıb mövcud ola biləcəyini göstərir.