Yolda xəbərdarlıq lövhəsi hər kəsi - TƏƏCCÜBLƏNDİRDİ

Yolda xəbərdarlıq lövhəsi hər kəsi - TƏƏCCÜBLƏNDİRDİ Maraqlı

Doha şəhərində yol təhlükəsizliyini artırmaq məqsədilə yerləşdirilən yeni xəbərdarlıq lövhəsi sürücüləri təəccübləndirib. Üçbucaq formasında olan lövhədə yerli geyimdə bir piyadanın təsviri ilə sürüşkən yol şəraiti işarə edilib. Onun altında isə kasis xəbərdarlığı göstərilib.

News24.az xəbər verir ki, Katar Trafik İdarəsinin hazırladığı bu lövhələrdə yazılı mətnlərdən çox vizual simvollara üstünlük verilib. Arap və ingilis dillərində beynəlxalq standartlara uyğun hazırlanan lövhələr, fərqli millətlərdən olan sürücülərə aydın mesaj verməyi hədəfləyir.

Xəbərdarlıq nişanları əsasən məktəb, ticarət mərkəzləri və yolayrıcı kimi strateji əhəmiyyətli nöqtələrdə yerləşdirilib. Mütəxəssislər sürücülərə bu cür ərazilərdə diqqətli olmağı, qısa işıqlarını yandırmağı və qəfil manevrlərdən qaçmağı tövsiyə edir.

Xeyrənsə Piriyeva