Zəfər Günü paradında səmimi an: prezidentlərlə jurnalistin dialoqu gündəm oldu – Video
Maraqlı
Bakıda keçirilən Zəfər Günü münasibətilə təşkil olunan hərbi parad zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında jurnalistlərlə qısa, amma maraqlı dialoq yaşanıb.
News24.az xəbər verir ki, “A Haber” telekanalının yaydığı görüntülərdə jurnalistlər dövlət başçılarının çıxışlarını yüksək qiymətləndirib və paradın möhtəşəm şəkildə təşkil olunduğunu vurğulayıblar.
Dialoq zamanı türkiyəli jurnalistlərdən biri Prezident Ərdoğana yaxınlaşaraq, “Cənab Prezident, xanımımın Sizə salamı var”, – deyib.
Ərdoğan isə gülümsəyərək cavab verib: “Bizdən də çoxlu salam söylə.”
Söhbətə zarafatla qoşulan Prezident İlham Əliyev isə jestlə, “Hörmətlə, təbriklər”, – deyə əlavə edib.
Bu səmimi görüntülər sosial şəbəkələrdə böyük maraq və müsbət rəylərlə qarşılanıb.