Zəfər paradının aparıcısı o olacaq
Maraqlı
Üç gün sonra Bakının Azadlıq Meydanında qələbəmizin 5 illiyinə həsr edilən Zəfər paradı keçiriləcək.
News24.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, parada aparıcılıq AzTV-nin siması Mümtaz Xəlilzadəyə həvalə edilib.
Artıq aparıcı məşqlərə də başlayıb.
Budəfəki parada da müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev komandanlıq edəcək.
Qeyd edək ki, 2020-ci ilin dekabrında Bakıda, 2023-cü ilin 8 noyabrında isə Xankəndidə Zəfər paradları keçirilib.