“Harri Potter”dən “Betmen”ə qədər: “Netflix”in ən böyük qələbəsi

“Harri Potter”dən “Betmen”ə qədər: “Netflix”in ən böyük qələbəsi Mədəniyyət

“Netflix” “Warner Bros”u 82,7 milyard dollara almaq üçün tenderdə qalib gəlib.

News24.az xəbər verir ki, sövdələşməyə “HBO Max” və “HBO”ya məxsus kino və telestudiyalar da daxildir.

Bununla da “Netflix” “Harri Potter”, “DC Betmen”, “Supermen”, “Üzüklərin hökmdarı”, “Düna”, “Bizdən sonuncusu” və digər məşhur film və seriallara hüquq əldə etmiş olur.

Mütəxəssislər bildirirlər ki, bu, son illərdə bu sahədə görülən ən böyük və ən bahalı müqavilədir.

Sövdələşmənin 2026-cı ilin üçüncü rübündə bağlanacağı gözlənilir.