"Mortal Kombat" filminin ulduzu vəfat etdi
Mədəniyyət
"Mortal Kombat" və "Meymunlar planeti" filmlərinin ulduzu Keri-Hiroyuki Taqava vəfat edib.
News24.az xəbər verir ki, menecerinin yaydığı məlumata görə, 75 yaşlı aktyor insult keçirib.
Keri-Hiroyuki Taqava Yaponiyada anada olub. Aktyor karyerasına 1986-cı ildə başlayıb. Uzun müddət mənfi obraz qismində epizodik rollarda çıxış edib. Ona dünya şöhrəti gətirən film isə "Mortal Kombat" olub.