300 qadın müayinə olundu, 8-də xərçəng aşkarlandı
Sağlamlıq
"Onkoloji xəstəliklərə qarşı mübarizədə ən güclü silah maarifləndirmədir.
News24.az xəbər verir ki, bu sözləri həkim-onkoloq Nərmin Axundova TƏBİB-in təşkilatçılığı ilə keçirilən "Fərqində ol: Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı” tədbirində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 40 yaşdan yuxarı qadınlar skrininq məqsədli mammoqrafiya müayinəsindən keçməlidir:
"40 yaşadək olan qadınlara isə ildə ən azı bir dəfə profilaktik süd vəzi müayinəsi tövsiyə olunur".
"Layihə çərçivəsində Gəncədə 110 qadın skrininq mammoqrafiya müayinəsindən keçib, ümumilikdə isə 300 qadın müayinəyə cəlb olunub və 8 qadında erkən süd vəzi xərçəngi aşkar edilərək müalicəyə başlanıb", - deyə o qeyd edib.