7 saat yatmayanlarda ürək riski artır - 3 nəfərdən birində bu problem var

7 saat yatmayanlarda ürək riski artır - 3 nəfərdən birində bu problem var  Sağlamlıq

Sağlamlıq Elmləri Universiteti Ürək Damar Cərrahiyyəsi Təhsil və Araşdırma Xəstəxanasının Kardiologiya mütəxəssisi Dos. Prof. Dr. Sərkan Kahraman ürək-damar xəstəlikləri ilə bağlı vacib xəbərdarlıq edib.

News24.az xəbər verir ki, onun sözlərinə görə, son illərdə koronar damarların tıxanmasına bağlı infarktların sayı artır və xüsusilə gündə 7 saatdan az yatan insanlarda ürək çatışmazlığı riski yüksəlir.

Həkim bildirib ki, ürək-damar xəstəlikləri həm Türkiyədə, həm də dünyada əsas ölüm səbəblərindən biridir. Yaşlanma, şəkərli diabet, yüksək təzyiq, xolesterin və piylənmə kimi geniş yayılmış risk faktorları bu xəstəliklərin artmasına zəmin yaradır.

Mütəxəssis əlavə edib ki, koronar arteriya tıxanmaları artıq gənclər arasında da müşahidə olunur. O, yuxu rejiminin ürək sağlamlığı üçün həlledici rol oynadığını vurğulayaraq qeyd edib ki, dünyada hər üç nəfərdən birində yuxu pozğunluğu aşkarlanır və bu da ciddi ürək problemlərinə yol aça bilər.