Adi çaydan 137 dəfə daha güclü: Qışda immunitet üçün ən yaxşı içki

Adi çaydan 137 dəfə daha güclü: Qışda immunitet üçün ən yaxşı içki Sağlamlıq

Qışda insanın yalnız bir istəyi olur: yorğana bürünüb isti bir şey içmək. Amma düzgün içki seçsəniz, təkcə isinməz, eyni zamanda viruslardan da qoruna bilərsiniz.

News24.az - ın məlumatına görə, soyuq havalarda insanların immuniteti gücləndirmək üçün üz tutduğu bütün çaylar arasında yaşıl çay qoruyucu maddələrin unikal dərəcədə yüksək konsentrasiyasına malikdir.

“Bu qış immuniteti dəstəkləmək üçün ən yaxşı çaylar yaşıl çaylardır, xüsusilə də matça”, – deyə çay qarışıqları üzrə ekspert və “Dream Tea NYC”-nin qurucusu Enni Norton bildirib.

“Real Simple” nəşrinin yazdığına görə, gündəlik keyfiyyətli yaşıl çay fincanını iltihabəleyhinə təsir göstərən zəncəfilli içkilərlə birləşdirməyi tövsiyə edir.

Norton vurğulayıb ki, immunitetin optimal dəstəyi üçün intensivlikdən çox davamlılıq önəmlidir: “Bütün qış boyu hər gün bir fincan keyfiyyətli yaşıl çay və ya matça içmək, xəstələndiyinizi hiss etdiyiniz zaman ‘immunitet çayları’ içməyə çalışmaqdan daha çox fayda verəcək”.

Adi çayla yaşıl çay arasında fərq çox böyükdür. Bir araşdırma göstərib ki, matçada EGCG konsentrasiyası adi yaşıl çaya nisbətən 137 dəfə daha yüksək ola bilər.

Bu isə hər fincandan T-hüceyrələrinin daha güclü dəstəklənməsi və daha təsirli antiviral fəaliyyət deməkdir.

Bundan əlavə, yüksək keyfiyyətli, matça kölgədə yetişdirilmə prosesi sayəsində daha çox L-teanin ehtiva edir.

Vacib xəbərdarlıq: matçada kofein miqdarı daha çoxdur (bir porsiyada təxminən 70 mq, adi yaşıl çayda isə 30–50 mq).

Yuxu rejimini pozmamaq üçün matçanı axşam saatlarında içməməyi tövsiyə edilir.