Ağız qoxusundan qurtulmağın ən sürətli - YOLU
Sağlamlıq
Ağız qoxusu problemi ağızda bakteriya yaranması səbəbindən meydana çıxır. Bu problem ortaya çıxdıqda isə yalnız diş məcunu və ağız yaxalama suyu istifadə etmək kifayət etmir. Bu halda ağız qoxusundan tamamilə qurtulmaq üçün təbii üsullardan istifadə edə bilərsiniz.
News24.az ağız qoxusunu aradan qaldıran təbii üsulları təqdim edir:
Cəfəri: Cəfəri tərkibindəki xlorofil sayəsində ağızda yaranan pis qoxunu neytrallaşdırır. Ağız qoxusundan qurtulmaq üçün az miqdarda cəfərini ağza alıb çeynəmək kifayətdir.
Soda: Soda ağızda qoxuya səbəb olan bakteriyaların təmizlənməsini təmin edir. Bu üsul ilə ağız qoxusunu həyatınızdan çıxarmaq üçün 1 stəkan suya yarım çay qaşığı soda əlavə edib bu suyu qarqara kimi istifadə edə bilərsiniz. Daimi istifadəsi ilə ağız qoxusunu tamamilə aradan qaldırmağa kömək edir.
Alma: Alma təbii bir bakteriya təmizləyicisidir. Həmçinin ağızda tüpürcək ifrazını artıraraq ağızı təmizləyir. Ağız qoxusunu aradan qaldırmaq üçün alma yeməyi sınaqdan keçirə bilərsiniz. Daimi olaraq qidalanma vərdişlərinizə alma əlavə etmək ağız qoxusunun yaranmasının qarşısını almağa da kömək edir.
Darçınlı su: Darçın da təbii antibakterial vasitə kimi tanınır. Darçınla ağız qoxusundan qurtulmaq üçün 1 stəkan qaynar suda 1 ədəd çubuq darçını 5-10 dəqiqə dəmləyib hazırladığınız təbii çayı içə bilərsiniz.
Məryəm İlhamqızı