Alma və armudu sadəcə yumaq kifayət etmir

Alma və armudu sadəcə yumaq kifayət etmir Sağlamlıq

Sağlam qidalanma üçün geniş istehlak olunan alma və armudlarda pestisid qalıqları sadəcə yumaqla tam təmizlənə bilməz.

News24.az xəbər verir ki, Çindəki Anhui Kənd Təsərrüfatı Universiteti tərəfindən aparılan araşdırmada nano görüntüləmə texnologiyasından istifadə edərək meyvələrin qabığına və ətinə nüfuz edən pestisidlərin ənənəvi yuma üsulları ilə aradan qaldırıla bilməyəcəyi müəyyən edilib.

Mütəxəssislər bildirirlər ki, meyvələri sağlam istehlak etmək üçün əlavə tədbirlər görmək vacibdir, çünki sadəcə axar su altında yuma və ya sirkəli suda islatmaq kifayət etmir.

Nilufər