“Arıqladan qəhvə” təhlükəsi: 32 yaşlı şəxs xəstəxanaya düşdü

“Arıqladan qəhvə” təhlükəsi: 32 yaşlı şəxs xəstəxanaya düşdü Sağlamlıq

Türkiyə Əczaçılar Birliyi sosial mediada “təbii” və “tamamilə bitki mənşəli” adı ilə satılan arıqlama məhsulları ilə bağlı araşdırma başladıb.

News24.az-ın məlumatına görə, qurum bu məhsulların sağlamlıq üçün ciddi risk yaratdığını və sürətli arıqlatma vədlərinin elmi əsasının olmadığını bildirib.

Son hadisədə 32 yaşlı bir şəxs “arıqladan qəhvə” istifadə etdikdən sonra ağır vəziyyətə düşərək xəstəxanada süni tənəffüs aparatına qoşulub.

Mütəxəssislər xəbərdarlıq edir ki, bitki mənşəli çay və qəhvələr də zərərsiz deyil və onlayn platformalarda satılan “asan arıqlama” vədləri aldadıcıdır.

Mütəxəssislər vətəndaşları bu tip məhsullardan uzaq durmağa, sağlamlıqla bağlı addımları isə yalnız həkim nəzarəti ilə atmağa çağırır.