Ayaqlarınızda bu problemlər varsa, diqqətli olun!
Sağlamlıq
Davamlı ayaq ağrısı, qəfil şişkinlik, soyuqluq və rəng dəyişikliyi əksər hallarda yorğunluq və ya yüngül travma ilə əlaqələndirilir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu əlamətlər bəzən ciddi damar problemlərinin, xüsusilə qan laxtalanmasının ilkin əlaməti ola bilər.
News24.az xəbər verir ki, xüsusilə ayaqlardan birində nəzərəçarpacaq şişkinlik və ağrı vaxtında müayinə olunmazsa, həyati risk yarada bilər.
Ürək-damar cərrahları bildirirlər ki, dünyada ölümün əsas səbəblərindən biri ürək-damar xəstəlikləridir və ən mühüm risk faktoru yüksək qan təzyiqidir. Hər üç nəfərdən biri, 70 yaşdan yuxarı şəxslərin isə təxminən üçdə ikisi bu problemlə üzləşir.
Mütəxəssislər əlavə edirlər ki, xəstələrin təxminən 60 faizi ya öz vəziyyətindən xəbərsizdir, ya da problemi ciddi qəbul etmir. Halbuki xroniki yüksək təzyiq ürək-damar xəstəlikləri, böyrək çatışmazlığı, insult riskini əhəmiyyətli dərəcədə artırır.