Bəlğəm problemini aradan qaldıran - TƏBİİ ÜSULLAR

Bəlğəm problemini aradan qaldıran - TƏBİİ ÜSULLAR Sağlamlıq

Yuxarı tənəffüs yolları xəstəlikləri ilə birlikdə öskürək, burun axıntısı və bəlğəm kimi şikayətlər də ortaya çıxır. İnfeksiya və iltihabların səbəb olduğu bəlğəm problemi, boğazda bir düyün kimi qalaraq hətta rahat udqunmanı belə çətinləşdirir. 

News24.az xəbər verir ki, təbii üsullarla bəlğəmdən asanlıqla qurtula bilərsiniz. 

1. Zəncəfil və bal

Zəncəfilin təbii iltihab əleyhinə təsiri vardır. Bal isə boğazı yumşaldaraq bəlğəm salıcı rol oynayır. Bu qarışımı hazırlamaq üçün:

        1 çay qaşığı təzə rəndələnmiş zəncəfili,

        1 şirniyyat qaşığı balla qarışdırın.

        Bu qarışımı gündə 2-3 dəfə qəbul edə bilərsiniz.

2. Duzlu su

Duzlu su bəlğəmi yumşaldır və boğazda yaranan qıcıqlanmanı azaldır. İstifadə qaydası:

        1 stəkan ilıq suya yarım çay qaşığı duz əlavə edib qarışdırın.

        Gündə 2-3 dəfə bu məhlulla qarqara edin.

3. Soğan suyu

Soğan təbii antibakterial və iltihab əleyhinə təsirə malikdir. Tənəffüs yollarını təmizləyərək bəlğəm salıcı effekt göstərir. Tətbiqi:

        1 ədəd soğanı rəndələyin və suyunu çıxarın.

        Bu suyu 1 şirniyyat qaşığı balla qarışdırın.

        Səhər və axşam olmaqla gündə 2 dəfə qəbul edin.

4. Ananas suyu

Ananasın tərkibindəki bromelain fermenti bəlğəmi durulaşdırmağa və öskürəyi azaltmağa kömək edir. Eyni zamanda iltihabın azalmasına da təsirlidir. İstifadə qaydası:

        1 stəkan ananas suyu içə bilər və ya

        1 porsiya təzə ananas yeyə bilərsiniz.

Bu sadə və təbii metodlar, bəlğəmlə bağlı yaranan narahatlığı yüngülləşdirmək və nəfəs yollarını təmizləmək üçün faydalı hesab olunur.


Məryəm İlhamqızı