Beyin qocalmasına qarşı yeni üsul – Nəticələr diqqət çəkir
Sağlamlıq
Alimlər beyin qocalmasını ləngidə bilən yeni burun spreyi hazırlayıblar.
News24.az xəbər verir ki, tədqiqatlara əsasən, cəmi iki doza tətbiq olunan sprey beyin iltihabını (neyroinflamasiya) azaldaraq yaddaşın bərpasına kömək edir və təsiri aylarla davam edir.
Araşdırma siçanlar üzərində aparılıb. Spreyin tərkibində hüceyrədənkənar vezikullar vasitəsilə daşınan mikroRNA-lar yer alır. Bu maddələr beynin qoruyucu baryerini keçərək iltihabı tətikləyən mexanizmləri zəiflədir və neyronların enerji mənbəyi olan mitoxondrilərin fəaliyyətini bərpa edir.
Mütəxəssislər bildirirlər ki, bu üsul invaziv prosedurlara alternativ ola və gələcəkdə demensiya, həmçinin bəzi nevroloji pozuntuların müalicəsində istifadə edilə bilər.
Sprey üçün artıq ABŞ-də patent müraciəti edildiyi qeyd olunur. (indyturk.com)
Nilufər