Bəzi insanların əlləri və ayaqları həmişə soyuq olur – Səbəb
Sağlamlıq
Bəzi insanlar isti otaqda olsalar da, əlləri və ayaqları daim soyuq olur. Bu sadəcə üşümək deyil, bədənin gizli xəbərdarlığı ola və ciddi sağlamlıq problemlərinin göstəricisi ola bilər.
News24.az xəbər verir ki, mütəxəssislər soyuq əllər və ayaqların əsas səbəbləri arasında qanazlığı, tiroidin zəif işləməsi, Raynaud sindromu, sinir zədələnməsi və siqaret çəkməyi göstərir. Qanazlığı zamanı bədən əl və ayaqlardakı toxumalara kifayət qədər oksigen göndərə bilmir. Hipotireozda bədənin istilik istehsalı azalır. Raynaud sindromunda barmaqlar soyuğa və stressə qarşı həddindən artıq reaksiya verir. Sinir zədələnməsi və siqaret də qan dövranını pozaraq soyuqluğa səbəb olur.
Sağlamlıq problemi yoxdursa, vəziyyəti yüngülləşdirmək üçün qat-qat geyinmək, istiliyi saxlayan parçalar istifadə etmək, dar corap və əlcəkdən çəkinmək, həmçinin hərəkət etmək tövsiyə olunur.
Həkimə müraciət etməli olduğunuz hallar isə əllərdə və ayaqlarda rəng dəyişiklikləri, sağalmayan yaralar və soyuqluğa əlavə olaraq keyimə və ya güclü ağrıdır.
Mütəxəssislər bildirirlər ki, daim soyuq əllər və ayaqlar bədənin xəbərdarlığıdır və diqqətə alınmalıdır.
Xeyrənsə Piriyeva