Bir milyarddan çox insan bu problemlə yaşayır
Sağlamlıq
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus bildirib ki, piylənmə bu gün dünyanın ən ciddi ictimai sağlamlıq problemlərindən biridir.
News24.az xəbər verir ki, onun sözlərinə görə, hazırda dünyada bir milyarddan çox insan piylənmədən əziyyət çəkir və bu rəqəmin 2030-cu ilədək iki dəfə artacağı proqnozlaşdırılır.
Ghebreyesus ÜST-nin həftəlik mətbuat konfransında qlobal sağlamlıqla bağlı mövcud vəziyyəti dəyərləndirib.
O, həmçinin Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılmasının rəsmi olaraq sona çatdığını elan edib və ölkə hakimiyyətini bu münasibətlə təbrik edib. Ghebreyesus xatırladıb ki, KDR-də Ebola epidemiyası sentyabr ayında elan olunmuşdu və virus nəticəsində 45 nəfər həyatını itirib.