Bu 3 hərəkəti edə bilmirsinizsə, - dərhal təcili yardım çağırın
Sağlamlıq
İnsult keçirən şəxslər bəzi sadə hərəkətləri edə bilmir.
News24.az xəbər verir ki, bu barədə terapevt, professor Oksana Pivovarova “Lenta.ru”ya müsahibəsində bildirib. O insultun ilkin əlamətlərindən danışıb və onun vaxtında necə aşkar ediləcəyini izah edib.
Həkimin sözlərinə görə, insult çox vaxt qəfil başlayır və bir neçə dəqiqə ərzində özünü göstərir. Belə hallarda insult olub-olmadığını bilmək üçün bir neçə sadə testi bilmək kifayətdir.
Gülümsəmək, hər iki əlini qaldırmaq və sadə bir cümlə demək – məsələn, “səma mavidir”. Əgər beyində insult nəticəsində funksional pozuntu yaranıbsa, həmin şəxs bu hərəkətlərin heç birini yerinə yetirə bilməyəcək.
Əgər bu üç testdən hər hansı biri uğursuz alınarsa, dərhal təcili tibbi yardım çağırmağınız tövsiyə olunur.
Həkim əlavə edib ki, insultun digər əlamətləri arasında qəfil baş ağrısı, başgicəllənmə, ürəkbulanma, qusma və görmə zəifliyi də ola bilər.
“İnsultun keçəcəyini gözləmək təhlükəlidir. Müalicənin təsirli olması üçün maksimum 4 saat yarımlıq ‘qızıl vaxt’ var”, – deyə o xəbərdarlıq edib.
Nigar İlyasqızı