Bu, 8 qutu siqaretə bərabərdir... - Xərçəngə səbəb olur
Sağlamlıq
Türkiyədə “Maraş otu” və ya “dəli tütün” kimi tanınan bitkinin zərərsiz olduğu barədə yayılan fikirlər doğru deyil.
News24.az xəbər verir ki, mütəxəssislər bu maddənin yüksək nikotin tərkibinə görə sinir sisteminə ciddi ziyan vurduğunu və orqanizm üçün gündə 8 qutu siqaret çəkməyə bərabər zərər daşıdığını bildirirlər.
Kahramanmaraş bölgəsində geniş istifadə olunan “Maraş otu”nun sağlamlıq üçün ciddi risklər yaratdığı vurğulanır. Mütəxəssislər qeyd edirlər ki, bu maddənin istifadəsi faktiki olaraq siqaret çəkmək qədər zərərlidir.
Beyin və sinir cərrahiyyəsi üzrə mütəxəssislərin sözlərinə görə, “Maraş otu”nu istifadə edən şəxslər nikotini birbaşa orqanizmə qəbul edir. Onun tərkibindəki yüksək nikotin miqdarı ağciyərlərin zədələnməsinə, qan damarlarının zərər görməsinə və tənəffüs yollarının daralmasına səbəb ola bilər.
Həmçinin dodağın altına yerləşdirildiyi üçün çənə nahiyəsindəki sinirlərə təsir göstərə bilər, hissiyyatın azalmasına, sinir zədələnməsinə, infeksiyaya və şiş əmələ gəlməsi riskinə yol açır.
Mütəxəssislər bildirirlər ki, yüksək asılılıq yaradan “Maraş otu” siqaret kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər və bəzi hallarda dodaq və dil xərçəngi riskini artırır.