Bu həyat tərzi beyni məhv edir: Beyniniz belə kiçilir

Bu həyat tərzi beyni məhv edir: Beyniniz belə kiçilir Sağlamlıq

Oturaq həyat tərzinin təkcə fiziki sağlamlığa deyil, beyin fəaliyyətinə də ciddi zərər vurduğu açıqlanıb.

News24.az-ın məlumatına görə, mütəxəssislər uzun müddət hərəkətsiz qalmağın beynin kiçilməsinə, Alzheimer, demensiya və depressiya kimi xəstəlik riskinin artmasına səbəb olduğunu bildirirlər.

Araşdırmalar müntəzəm fiziki aktivliyin isə bu riskləri əhəmiyyətli dərəcədə azaltdığını bildirirlər.

Qeyd olunur ki, oturaq həyat tərzi beynin struktur və funksional sağlamlığı üçün ciddi təhlükə yaradır. Hərəkətsizlik beyində qan dövranını zəiflədir və neyropsixiatrik problemlərin yaranmasına zəmin yaradır.

Böyük Britaniyada 73 min nəfərin iştirak etdiyi genişmiqyaslı araşdırmanın nəticələri açıqlanıb. Araşdırmaya əsasən, müntəzəm idmanla məşğul olan şəxslərdə Alzheimer, demensiya, insult, depressiya və narahatlıq pozuntularının riski xeyli aşağıdır.