Bu içki uşaqların huşunu itirir: - Uzaq Saxlayın!
Sağlamlıq
İngiltərə Qida Standartları Agentliyi (FSA) uşaqların sevdiyi buzlu içkilərdə (slushie) olan gliserol maddəsi ilə bağlı ciddi xəbərdarlıq yayıb. Xüsusilə 7 yaşdan kiçik uşaqların bu içkilərdən uzaq durması tövsiyə olunur.
News24.az bildirir ki, "gliserol", "slushie" içkilərinin donmaması üçün istifadə olunan şirinləşdirici qatqıdır. Lakin kiçik uşaqlarda bu maddə ani maye və şəkər itkisinə səbəb olaraq huşsuzluq, hipoqlisemik şok kimi ciddi fəsadlara yol aça bilər.
Son zamanlar İngiltərədə gliserol tərkibli içkilərdən sonra xəstəxanaya aparılan uşaqların sayı artıb. Ekspertlər həm kiçik, həm də böyük uşaqların risk altında olduğunu bildirir.
Bəzi istehsalçılar gliserolu məhsullarından çıxarır, amma hələ də bu maddənin miqdarını məhdudlaşdıran qanuni qaydalar mövcud deyil.